13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Fazil Mustafa: "Naxçıvanda heç bir zavod-fabrik fəaliyyət göstərmir"
Tarix: 03-11-2023 12:43 | Bölmə: Siyasət
Fazil Mustafa: "Naxçıvanda heç bir zavod-fabrik fəaliyyət göstərmir"

"Naxçıvanda demək olar ki, heç bir zavod-fabrik fəaliyyət göstərmir, bölgədə işsizlik sürətlə artır".

Reyting.az
xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında bildirib.

"Muxtar respublikanın əhalisi əsasən Bakı və İstanbulda məskunlaşıb. İşsiz əhalidən təbii qaz və elektrik enerjisinin haqqı Bakı ilə eyni səviyyədə tələb edilir. Bunu mütləq azaltmaq lazımdır. İran ərazisi ilə ora yol hələ ki, açılmayıb. Təyyarə qiymətləri yenə də bahadır. Dövlət "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) subsidiya ayırsa da, gedib-gəlmək yenə də insanların maddi vəziyyətinə uyğun deyil", - deyə o qeyd edib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}