Ərdoğan Netanyahu ilə əlaqəni kəsib
Tarix: 04-11-2023 14:54 | Bölmə: Siyasət
Ərdoğan Netanyahu ilə əlaqəni kəsib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahu ilə əlaqəni kəsib.

Reyting.az
-ın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, Ərdoğan Astanadan qayıdarkən təyyarədə jurnalistlərə deyib ki, Netanyahu artıq bizim üçün heç bir mənada həmsöhbət deyil və onun üstündən xətt çəkdik.

Türkiyə prezidentinin sözlərinə görə, o, israilli həmkarı ilə əlaqəni kəssə də, onların ölkələri dialoqu davam etdirir.

Ərdoğan qeyd edib ki, beynəlxalq diplomatiyada əlaqələri tamamilə pozmaq mümkün deyil və Türkiyə İsrail-Fələstin problemində yekun sülhün bərqərar olmasına çalışacaq. Türkiyə prezidenti əlavə edib ki, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın həm İsrail tərəfi, həm də Fələstin və HƏMAS ilə əlaqə saxlayır.

“Biz bunun üçün təşəbbüslər göstərir, düsturlar hazırlayırıq və bunu davam etdirəcəyik. Qan tökülməsinin dayandırılması və sülhün bərqərar olması üçün əlimizdən gələni etmək əzmindəyik”, - Türkiyə lideri vurğulayıb.

Onu da qeyd edək ki, sentyabrın sonunda məlum olub ki, Netanyahu və Ərdoğan Holokost və Qəzza zolağının blokadası arasında müqayisəyə görə mübahisə ediblər. Mübahisə Türkiyə prezidentinin BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışından sonra baş verib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}