13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Rasim Musabəyov: "Alman nazirin portfelində olanlar Bakıda təəssürat yaratmasa da...”
Tarix: 05-11-2023 12:16 | Bölmə: Siyasət
Rasim Musabəyov: "Alman nazirin portfelində olanlar Bakıda təəssürat yaratmasa da...”

"Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistan və Azərbaycana işgüzar səfər edib. Onun sözlərinə görə, səfər faydalı olub. Amma xanım Berbokun Bakıya gəldiyi baqajda Qarabağın bərpasında iştirak və minalardan təmizlənməyə köməklik göstərilməsi ilə bağlı qeyri-müəyyən vədlərdən başqa heç nə yox idi".

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Almaniya xarici işlər nazirinin səfərindən danışarkən deyib.

Musabəyov qeyd edib ki, alman nazirin portfelində olanlar Bakıda təəssürat yaratmasa da, Almaniya XİN rəhbərinin Azərbaycanda qanunsuz sayılan erməni toponimlərindən istifadə etməsi həmkarı Ceyhun Bayramovun sərt iradına səbəb olub:

"Xanım Berbokun bölgəyə gəldiyi əhval-ruhiyyə simvolik olaraq onun geyimindən də ifadə olunurdu. Xanım Berbok İrəvanda açıq rəngli kostyum geyinsə də, Bakıya qara geyimdə gəlmişdi. Etiraf edirəm ki, bununla Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri müəyyən siqnallar vermək və münasibət nümayiş etdirmək istəyirdi. Amma Cənubi Qafqaz bu cür texnikaların işlədiyi yer deyil".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}