Dövlət katibi Türkiyəyə, MKİ direktoru İsrailə gəlib
Tarix: 06-11-2023 08:05 | Bölmə: Siyasət
Dövlət katibi Türkiyəyə, MKİ direktoru İsrailə gəlib

ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Esenboğa hava limanında Blinkeni dövlət rəsmiləri qarşılayıblar.

Səfərdə məqsəd Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşməkdir.

Buna paralel olaraq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns İsrailə gəlib.

Səfərin məqsədlərindən biri Amerikanın regiondakı tərəfdaşları ilə kəşfiyyat sahəsində əməkdaşlığa dair öhdəliklərini gücləndirməkdir.

Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun İordaniya və bir sıra başqa ölkələrə də səfər edəcəyi bildirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}