İstintaq komissiyası Qarabağ separatçılarının keçmiş başçısını dindirməyə dəvət edib
Tarix: 13-11-2023 13:04 | Bölmə: Siyasət
İstintaq komissiyası Qarabağ separatçılarının keçmiş başçısını dindirməyə dəvət edib

Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran istintaq komissiyası Qarabağdakı erməni separatçılarının keçmiş başçısı Samvel Şahramanyana məktub göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, komissiyanın noyabrın 13-də göndərdiyi məktubda məqsəd Samvel Şahramanyanı istintaq komissiyasında dindirməkdir və komissiya onun cavabını gözləyir.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasından bildiriblər ki, məktub Qarabağın Ermənistandakı nümayəndəliyinə göndərilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}