Ukraynaya istifadəsi qadağan olunmuş silahlar verirlər
Tarix: 14-11-2023 09:36 | Bölmə: Siyasət
Ukraynaya istifadəsi qadağan olunmuş silahlar verirlər

ABŞ Ukraynanı istifadəsi qadağan olunmuş silahlarla təmin edir və bununla Avropada sülhü tapdalayır.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar üzrə departamentinin rəhbəri Ço Çol-su KXDR Mərkəzi Xəbər Agentliyinə (KCNA) müsahibəsində deyib.

Agentlik diplomatdan sitat gətirib:

“Birləşmiş Ştatlar hələ də Ukrayna cəbhəsini öldürücü silahlar, o cümlədən, beynəlxalq hüquq normaları ilə istifadəsi tamamilə qadağan edilən kaset bombaları və tükənmiş uran mərmiləri ilə təmin edir. ABŞ bununla Avropada sülh və sabitliyi qəsdən pozur”.

Departament rəhbəri bildirib ki, Birləşmiş Ştatlar kimi Böyük Britaniya da Kiyevə tükənmiş uran mərmiləri, “Fırtına kölgəsi” də daxil olmaqla 250 kilometrdən çox mənzilli qanadlı raketlər və tank əleyhinə silahlar verməklə Ukraynadakı münaqişəni uzatmaq istəyir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}