Milli Təhlükəsizlik Xidməti Şahramanyanın müraciətini araşdıracaq
Tarix: 14-11-2023 15:20 | Bölmə: Siyasət
Milli Təhlükəsizlik Xidməti Şahramanyanın müraciətini araşdıracaq

Ermənistanın Baş Prokurorluğu Qarabğadakı keçmiş separatçı rejimin başçısı Samvel Şahramanyanın müraciətini Milli Təhlükəsizlik Xidmətinə göndərib.

Reyting.az
xatırladır ki, qondarma rejimin başçısı Samvel Şahramanyan Ermənistanın baş prokuroru Anna Vardapetyana məktub göndərib.

O, müraciətində qeyd edib ki, son vaxtlar internetdə, xüsusən də sosial şəbəkələrdə “artsax respublikası”nın məmurları tərəfindən törədilmiş aşkar cinayətlər haqqında məlumatlar geniş yayılıb. “Artsax”ın hakimiyyət orqanlarının məsələdə maraqlı olduğunu nəzərə alan S. Şahramanyan Ermənistanın baş prokuroru A. Vardapetyandan xahiş edib ki, vəzifəli şəxslərin mümkün sui-istifadə hallarının aşkarlanması və təqsirkarların məsuliyyətə cəlbi üçün bu məlumatlar cinayət xəbərləri kimi qəbul edilsin və araşdırılsın.

Hazırda həmin müraciət Ermənistan Milli Təhlükəsizlik Xidmətinə göndərilib. Ehtimal edilir ki, bu yolla həm də Paşinyan hökuməti ona qarşı çıxan və digər ölkələrə bağlı olan bəzi qarabağlı erməniləri cəzalandıra bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}