Azərbaycanla Mərakeş arasında yeni Anlaşma Memorandumu imzalanıb
Tarix: 14-11-2023 17:30 | Bölmə: Siyasət
Azərbaycanla Mərakeş arasında yeni Anlaşma Memorandumu imzalanıb

Rabatda keçirilən I Azərbaycan-Mərakeş Biznes Forumu çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Mərakeşin müvafiq qurumları arasında Anlaşma Memorandumları imzalanıb.

Reyting.az
xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir açılış nitqi ilə çıxış etməsinə də diqqət çəkərək bundan məmnun olduğunu vurğulayıb. XİN başçısı onu da əlavə edib ki, Biznes-Forum qarşılıqlı faydalı imkanların araşdırılmasında mühüm mərhələ olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}