Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılıb
Tarix: 15-11-2023 20:29 | Bölmə: Siyasət
Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılıb

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsi müzakirə olunub.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə TBMM-dən bildiriblər.

TBMM Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətini daha bir il uzadıb.

Sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}