ABŞ: “Qarşıdakı həftələr Ermənistan və Azərbaycan arasında razılaşma üçün həlledici olacaq” - Yenilənib
Tarix: 15-11-2023 23:00 | Bölmə: Siyasət
ABŞ: “Qarşıdakı həftələr Ermənistan və Azərbaycan arasında razılaşma üçün həlledici olacaq”

“Qarşıdakı həftələr Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacaq”.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

“Qarşıdakı bir neçə həftə tərəflərin niyyətlərdən razılığa keçməyə hazır olduqlarını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda “bəli” əldə etmək ən çətin sözdür”, - ABŞ dövlət katibinin köməkçisi deyib.

O, tərəflərin dəfələrlə görüşdüyünü xatırladıb: “Biz sülh sazişi üzərində işləyirik”.

***

Dövlət Departamenti hesab edir ki, Rusiyanın Azərbaycan Respublikasının Qarabağ iqtisadi regionundakı sülhməramlıları dəyişdirilməlidir.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

“2020-ci il atəşkəs bəyanatına görə, Rusiya qoşunları hazırda oradadır, bu, onların ilk müddətidir. Bu ölkələr (Ermənistan və Azərbaycan – Qeyd) üçün alternativ olarsa, Rusiya sülhməramlılarının iştirakına artıq ehtiyac qalmayacaq. Onlar artıq sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirə bilməyiblər”, - ABŞ dövlət katibinin köməkçisi deyib.

O əlavə edib ki, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır: “Ən yaxşı yanaşma hər iki ölkəyə alternativ verməkdir - bizimlə və Qərblə işləmək”(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}