Paşinyan: “Ermənistan başqalarının planlarını həyata keçirmək üçün trampilin deyil”
Tarix: 16-11-2023 14:24 | Bölmə: Siyasət
Paşinyan: “Ermənistan başqalarının planlarını həyata keçirmək üçün trampilin deyil”

“Biz dövlətçiliyimizin funksionallığına yenidən baxmaq zərurəti ilə üzləşmişik”.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

N. Paşinyan bildirib ki, Ermənistan xaricdə işlənib hazırlanmış planların həyata keçirilməsi üçün tramplin və ya forpost deyil.

“Ermənistanın milli marağı məhz iqtisadi inkişafdır və bütün konsepsiyalar yalnız bu kontekstdə qiymətləndirilməlidir”, - Paşinyan əlavə edib.

Qeyd edək ki, Cənubi Qafqaz regionu ilə işləyən ekspertlərin mütləq əksəriyyətində belə fikir formlaşıb ki, regionda Rusiyanın yeganə forpostu Ermənistandır. Paşinyanın açıqlamaları ola bilsin ki, bu baxımdan Rusiyaya qarşı növbəti mesajdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}