18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Erməni deputat: “Bakı artıq istəyi hər şeyi İrəvandan alıb”
Tarix: 17-11-2023 17:01 | Bölmə: Siyasət
Erməni deputat: “Bakı artıq istəyi hər şeyi İrəvandan alıb”

“Artıq Qərbin danışıq formatları Bakı üçün maraqsız olub. Çünki Qərbdən almaq istədiyi hər şeyi Ermənistandan alıb”.

Reyting.az
erməni KİV-lərinə istinadla bildirir ki, bunu parlamentin “Ermənistan” müxalifət blokundan olan deputat Artur Xaçatryan rəsmi Bakının Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində danışıqlardan imtina etməsini şərh edərkən deyib.

Deputat xatırladıb ki, Qərb platformasında, məhz Praqada Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.

Xaçatryan erməni bicliyini işə salaraq və Bakıdan verilən bəyanatlara istinad etmədən bildirir ki, Bakının Qranada, Brüssel və indi Vaşinqtonda görüşlərdən imtina etməsi yeni müharibə ilə əlqəli ola bilər. Onun sözlərinə görə, Paşinyan sülhdən danışarkən Azərbaycan İsraildən ümumi məbləği 1,2 milyard dollar olan hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə imzalayır.

“Heç bir sənəd ölkənin təhlükəsizliyinə zəmanət verməyib. İstənilən müharibədən əvvəl bir növ sülh müqaviləsi və dinc dövr var idi. Hitlerin əl-qolunu bağlaya bilməyən Versal müqaviləsini xatırlamaq kifayətdir. İndi də eynidir. İstənilən sülh həmişə döyüşə hazır ordu və çevik diplomatiya ilə təmin edilir”, - deyə siyasətçi əlavə edib.

Deputat 44 günlük müharibədən sonra Azərbaycanın Türkiyə ilə birgə nə qədər təlim keçirdiyinə və bu müddət ərzində Ermənistanın nə qədər təlim keçirdiyinə də diqqət çəkib.

“Bakı öz niyyət və istəklərini gizlətmir. Təxminən 8 kənd haqqında danışır. Eləcə də ekstraterritorial dəhliz, təzminat, azərbaycanlı qaçqınların qaytarılması haqqında söz açır. Eyni zamanda Ermənistanı Qərbi Azərbaycan adlandırır”,- erməni deputat deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}