Nazir: “Putinin Ukraynada qələbə qazanmasına icazə verilərsə, onun növbəti hədəfi...”
Tarix: 21-11-2023 10:47 | Bölmə: Siyasət
Nazir: “Putinin Ukraynada qələbə qazanmasına icazə verilərsə, onun növbəti hədəfi...”

ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Ukraynaya maliyyə və hərbi yardım göstərilməsi ölkəsinin milli maraqlarına uyğundur. O, həm Ukraynaya, həm də İsrailə dəstəyin vacibliyini vurğulayıb.

Reyting.az
xəbər verir ki, C. Yellen bunu CNBC telekanalında ABŞ prezidenti Co Baydenin 106 milyard dollarlıq maliyyə sorğusunun perspektivlərindən danışarkən deyib.

Nazir qeyd edib ki, bu yardımın Konqresdə təsdiqlənmə vaxtını proqnozlaşdıra bilməsə də, bunun baş verəcəyinə ümid bəsləyir.

“Bu yardımın Ukrayna və İsrailə göstərilməsi son dərəcə vacibdir. Biz Ukraynanın daxili cəbhədə döyüşü uduzmasına imkan verə bilmərik, çünki onun cəsarətlə döyüşdüyü bir vaxtda ilk müdaxiləni dəstəkləmək üçün kifayət qədər pulu yoxdur”, - deyə Yellen əlavə edib.

Amerikalı nazir deyib ki, Ukrayna “tamamilə bu yardımdan asılıdır”.

O, həmçinin xatırladıb ki, avropalı tərəfdaşlar növbəti dörd il ərzində Ukraynaya 50 milyard avro yardım edəcəklər. “Öz növbəsində, BVF 15 milyard dollar ayırır və “onların bizim buna töhfə verməyimizə ehtiyacı var ki, bu, bir paket olsun”,- Yellen bildirib.

Nazir əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada qələbə qazanmasına icazə verilərsə, onun növbəti hədəfi ABŞ-ın NATO müttəfiqlərindən biri ola bilər.

Qeyd edək ki, Birləşmiş Ştatlar artıq bir neçə həftədir Ukraynanın maliyyələşdirilməsini təsdiq edə bilmir. Oktyabrın 20-də ABŞ prezidenti Ukraynaya, İsrailə və Tayvana yardım üçün vəsait və digər xərclər də daxil olmaqla 100 milyard dollardan çox vəsaitin ayrılması barədə sorğu təqdim edib. Bu vəsaitlərin əsas hissəsi - təxminən 60 milyardı - Ukraynaya dəstək üçün nəzərdə tutulub. Lakin ölkənin qanunverici orqanı müraciəti hələ də təsdiqləməyib. Bu yaxınlarda ABŞ Konqresi Ukraynanı dəstəkləmək üçün müvəqqəti büdcə qəbul edib. Bir sıra media orqanları qanunvericilərin Milad bayramına qədər (25 dekabr) maliyyələşdirməni təsdiq edə biləcəyini yazıblar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}