Erməni spiker: “Ermənistan sülh müqaviləsi ilə bağlı bütün variantları nəzərdən keçirir”
Tarix: 22-11-2023 13:37 | Bölmə: Siyasət
Erməni spiker: “Ermənistan sülh müqaviləsi ilə bağlı bütün variantları nəzərdən keçirir”

“Ermənistan sülh müqaviləsi ilə bağlı bütün variantları nəzərdən keçirir”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O bildirib ki, sülh danışıqlarının harada keçirilməsi ilə bağlı da bütün variantlar barədə düşünülür.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 21-də rəsmi Bakının sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu bəyan edib.

“Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır”, - bəyanatda bildirilib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}