Zaxarova: “Qərb Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır”
Tarix: 22-11-2023 17:32 | Bölmə: Siyasət
Zaxarova: “Qərb Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır”

“Moskva üçtərəfli bəyanatlar əsasında Bakı və İrəvan arasında münasibətlərin hərtərəfli normallaşması üzərində fəal çalışır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “News.ru”nun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda residiv (təkrar baş vermə) riski qalmaqdadır: “Bu baxımdan, Rusiya bütün region ölkələrinin və onların qonşularının maraqlarının tarazlığına əsaslanaraq regionun sabitlik zonasına çevrilməsi üzərində işləyir. Bu məntiqdən istifadə edərək biz “3+3” platforması çərçivəsində qarşılıqlı fəaliyyət qururuq”.

O qeyd edib ki, Qərb region ölkələrinin maraqlarına məhəl qoymadan Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır: “Onlar bu regionun təhlükəsizliyini, sabitliyini və rifahını təmin etmək üçün heç nə etmirlər”(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}