Beş ölkə lideri KTMT-yə dair sənədlər paketini imzalayıb - (Yenilənib)
Tarix: 23-11-2023 17:05 | Bölmə: Siyasət
Beş ölkə lideri KTMT-yə dair sənədlər paketini imzalayıb - (Yenilənib)

Belarusun Minsk şəhərindəki Müstəqillik Sarayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti başlayıb.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın baş naziri istisna olmaqla, KTMT ölkələrinin liderləri Kollektiv Təhlükəsizlik Şurasının iclası üçün Müstəqillik Sarayına gəliblər. Belarus lideri Aleksandr Lukaşenko foyedə bütün qonaqları salamlayıb.

Məhdud tərkibdə baş tutacaq görüşdən əvvəl fotoçəkiliş mərasimi keçirilib, daha sonra geniş tərkibdə danışıqların aparılması gözlənilir.

Liderlərin qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən kollektiv təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, beynəlxalq və regional problemləri müzakirə edəcəyi gözlənilir.

Bundan əlavə, sammit iştirakçıları xarici siyasət koordinasiyasının dərinləşdirilməsi, hərbi əməkdaşlıq, beynəlxalq terrorizmlə mübarizə, mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, həmçinin bioloji təhlükəsizlik məsələlərinə toxuna bilərlər.

Onu da qeyd edək ki, KTMT də altı dövlət - Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsil olunsa da, rəsmi İrəvan son vaxtlat təşkliatın tədbirlərini boykot edir.

***

KTMT-yə üzv ölkələrin liderləri Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) təşkilatın böhrana cavab sisteminin inkişafı üzrə tədbirlər haqqında bəyannaməsi və qərarı da daxil olmaqla sənədlər paketini imzalayıb.

Reyting.az
“RİA Novosti”-yə istinadla bildirir ki, iclas iştirakçıları aşağıdakı sənədlərə imza atıblar:

KTMT qoşunlarının (kollektiv qüvvələrinin) kontingentləri arasında ötürülən material və göstərilən xidmətlər üzrə qarşılıqlı hesablaşmaların aparılması qaydası ilə bağlı tövsiyələr barədə qərar;

birgə mətbuat mərkəzi haqqında əsasnamə;

təşkilatın Baş Qərargah rəisi haqqında qərarlar;

təşkilatın katibliyində kvota vəzifələrinin bölgüsü haqqında;

Birləşmiş Qərargahın strukturu haqqında;

təşkilatın 2024-cü il büdcəsi haqqında;

KTMT-nın növbəti iclasının sədrliyi və keçirilməsi haqqında.

İclasda Ermənistanın baş naziri Nikol Paşinyan istisna olmaqla, assosiasiyaya üzv ölkələrin bütün rəhbərləri iştirak ediblər. Kreml onun Minskə gəlməkdən imtina etməsindən təəssüfləndiyini bildirib. Bununla yanaşı, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva İrəvanın KTMT çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}