Paşinyan: “Ermənilərin Qarabağa qayıtması qeyri-realdır”
Tarix: 24-11-2023 16:25 | Bölmə: Siyasət
Paşinyan: “Ermənilərin Qarabağa qayıtması qeyri-realdır”

“Qarabağdan köçkün düşmüş ermənilərin həmin bölgəyə qayıtması beynəlxalq platformalarda da müzakirə olunur, lakin bu gün bu qayıdış real deyil”.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu noyabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan canlı efirdə Ermənistan vətəndaşlarının və diaspor ermənilərinin suallarını cavablandırarkən deyib.

N. Paşinyan bildirib ki, bu gün ermənilərin Qarabağa qayıdışı real olsaydı, onlar heç bölgəni tərk etməzdilər. “Əgər Qarabağdan köçkün düşmüş ermənilərin öz evlərinə qayıtmaq imkanı yoxdursa, biz onların Ermənistanda qalması və ölkəmizdən mühacirət etməməsi üçün hər şeyi edəcəyik”, - deyə Paşinyan vurğulayıb.

Baş nazir xatırladıb ki, bir vaxtlar Qarabağ ermənilərinin Ermənistandan çox böyük axını olsa da, bu gün ciddi emiqrasiya meylləri yoxdur.

Paşinyan ermənilərin Qarabağa qayıtmaq üçün obyektiv imkanları və istəkləri olmadığı təqdirdə tezliklə Ermənistan vətəndaşlığı üçün müraciət edəcəklərinə və ölkə həyatına tam inteqrasiya olunacaqlarına ümid etdiyini bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}