Lavrov Blinkenlə görüşməyəcək
Tarix: 28-11-2023 08:55 | Bölmə: Siyasət
Lavrov Blinkenlə görüşməyəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Şimali Makedoniyada keçiriləcək tədbirində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü planlaşdırılmayıb.

Reyting.az
xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya XİN başçısının müavini Sergey Ryabkov bildirib.

Qeyd edək ki, noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək və S. Lavrov da həmin tədbirdə iştirak edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}