“Abzas Media” işi: 10-a yaxın şəxs istintaqa çağırılıb
Tarix: 29-11-2023 17:56 | Bölmə: Siyasət
“Abzas Media” işi: 10-a yaxın şəxs istintaqa çağırılıb

İstintaq “Abzas Media” İnternet nəşrilə əməkdaşlıqda şübhəli bilinən jurnalistləri və fəalları şahid qismində dindirməyə çağırmaqda davam edir.

Reyting.az
“Turan”a istinadla xəbər verir ki, bu iş üzrə Bakı Şəhər Baş Polis İdarəsinə 10-a yaxın şəxs çağırılıb. Şahidlər istintaq sirrini açıqlamamaq öhdəliyi səbəbindən dindirmələrin təfərrüatlarını açıqlamırlar.

Məlumata görə, istintaq nəşrin xarici maliyyələşdirmə mənbələri və “Abzas Media”nın jurnalist araşdırmaları ilə maraqlanır.

Xatırladaq ki, noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və onun müavini Məhəmməd Kekalov, ertəsi gün “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb. Onların hər üçü "xarici valyuta qaçaqmalçılığında" ittifam olunub və istintaq müddətində 4 ay ilkin həbs edilib.

Həbs olunanlar ittihamları rədd ediblər, Həsənli və Vaqifqızı öz həbsini peşəkar jurnalist fəaliyyəti və “Abzas Media”nın hakimiyyətin yüksək eşelonlarında korrupsiya araşdırmaları ilə əlaqələndiriblər. Beynəlxalq təşkilatlar “Abzas Media” rəhbərlərinin təqib edilməsini pisləyiblər.

Hüquq-mühafizə orqanları hələlik “Abzas Media”nın işi üzrə rəsmi açıqlama verməsələr də, hakimiyyətyönlü KİV durmadan müstəqil KİV-i xarici təşkilatlardan "qanunsuz qrant almaqda" ittiham edir. Azərbaycan Xarici İşlər Nazirliyi isə noyabrın 28-də ABŞ, Almaniya və Fransa səfirliklərinin rəhbərlərini çağıraraq həmin səfirlikləri və onların ölkələrini “Abzas Media”nı qanunsuz "maliyyələşdirməkdə" ittiham edib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}