Ceyhun Bayramov İsveçrə XİN başçısı ilə görüşüb
Tarix: 30-11-2023 16:00 | Bölmə: Siyasət
Ceyhun Bayramov İsveçrə XİN başçısı ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopyedə İsveçrə XİN başçısı İgnazio Cassis ilə görüşüb.

Reyting.az
 xəbər verir ki, görüş ATƏT XİN başçıları Şurasının toplantısı çərçivəsində keçirilib.

Bu barədə nazir sosial media hesaabında belə paylaşım edib: 

“İsveçrənin xarici işlər naziri İgnazio Cassis ilə çox məhsuldar görüş baş tutdu. ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində biz ikitərəfli münasibətlərin perspektivlərini nəzərdən keçirdik və ən aktual qlobal xarici siyasət məsələlərimizi geniş müzakirə etdik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}