Ərdoğanın müavini Azərbaycana gəlib
Tarix: 04-12-2023 15:40 | Bölmə: Siyasət
Ərdoğanın müavini Azərbaycana gəlib

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Məlumata görə, səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə həyata keçirilir.

Z.Sırakaya YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək.

Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}