İsrail-HƏMAS savaşı qızılın qiymətini rekord həddə çatdırıb
Tarix: 04-12-2023 18:27 | Bölmə: Siyasət
İsrail-HƏMAS savaşı qızılın qiymətini rekord həddə çatdırıb

Külçə qızıl oktyabrın əvvəlindəki minimum qiymətdən təxminən 15 faiz bahalaşıb.

Reyting.az
bildirir ki, bu gün keçirilən hərracda qızılın qiyməti bir unsiya üçün 2135 dollar olmaqla tarixi rekorda imza atıb.

Məlumata görə, qiymətli metal Bazar ertəsi günü erkən ticarətdə 3 faizdən çox bahalaşaraq, 7 avqust 2020-ci ildəki bütün zamanların ən yüksək göstəricisini ötüb.

Təhlilçilər “Bloomberq”ə deyiblər ki, İsrail və HƏMAS arasında müharibə fonunda qızıla marağ artıb. Həmçinin, qiymət artımı ABŞ-ın əsas faiz dərəcələrinin azaldılması və inflyasiyanın yavaşlaması ilə bağlı artan gözləntilər səbəbindən əlavə təkan alıb.

“Asia Pacific Pte Ltd”-nin yüksək səviyyəli bazar analitiklərinin fikrincə, qısa müddətdə qızılın bir unsiyasının qiyməti 2000 dollar olara düşə bilər.

“ANZ Group Holdings Ltd”-nin analitikləri Daniel Hines və Soni Kumari isə sabit dərəcələrə nisbətən inflyasiyanın düşməsi səbəbindən artan real dərəcələrin 2024-cü ilin birinci rübündə qızıl investisiyaları üçün əks külək kimi çıxış edə biləcəyini söyləyiblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}