18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
ABŞ-ın yardımının dayandırılması Ukraynanın Putinə hədiyyəsi olacaq
Tarix: 20-02-2024 08:27 | Bölmə: Siyasət
ABŞ-ın yardımının dayandırılması Ukraynanın Putinə hədiyyəsi olacaq

Rusiya prezidenti Vladimir Putin Amerikanın hərbi yardımının sona çatmasını Rusiyanın aşkar qələbəsi kimi qəbul edəcək. O, inanacaq ki, bu, Ukrayna üçün sonun başlanğıcıdır.

Reyting.az
xəbər verir ki, bunu Sirakuz Universitetinin politologiya professoru və “Putinizm Məcəlləsi”nin müəllifi Brayan Taylor bildirib.

“Putin bu ayın əvvəlində verdiyi müsahibəsində deyib ki, əgər ABŞ həqiqətən də hərbi əməliyyatları dayandırmaq istəyirsə, silah tədarükünü dayandırmalıdır. Bu halda hər şey bir neçə həftəyə bitəcək. Putin əmindir ki, ABŞ hərbi yardımı dayandırarsa, Rusiya qalib gələcək”, - deyən B. Taylorun sözlərinə görə, ABŞ Konqresinin hərbi yardımı gecikdirməsi artıq Ukrayna ordusunda artilleriya mərmilərinin azalmasına səbəb olub: “Ukraynanın mülki vətəndaşlarını Rusiyanın raket hücumlarından qoruyan hava hücumundan müdafiə raketlərinin tükənmə riski var”.

Eyni zamanda o, ABŞ-ın Ukraynanın avropalı müttəfiqlərindən daha çox şey etməsini doğru saymır: “Avropanın 22 ölkəsi (Polşa, Almaniya və Böyük Britaniya da daxil olmaqla) öz iqtisadiyyatının payı kimi ABŞ-dan daha çox yardım göstərib”. B. Taylor əlavə edib ki, Ukrayna üçün nəzərdə tutulan 60 milyard dolların 48 milyard dollarından çoxunu Pentaqonu maliyyələşdirəcək - Yeni silahlar alınacaq, hərbi anbar artırılacaq və ya ABŞ-ın silah istehsal edən şirkətlərindən Ukrayna üçün silah sifariş olunacaq: “Son iki ildə Amerikanın Ukraynaya yardımının həcmi ABŞ ÜDM-nin 0,16 faizidən azını təşkil edib - bu, əsas düşmənlərimizdən birinin silahlı qüvvələrinin məhv edilməsinə qoyulan investisiyanın əlamətdar gəliridir. Ukraynalılar özləri döyüşür, ölür, məhv olurlar”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}