Həbsdəki sabiq icra başçısı: "4 ildən artıqdır ki..."
Tarix: 16-07-2025 13:19 | Bölmə: Siyasət
Həbsdəki sabiq icra başçısı: "4 ildən artıqdır ki..."

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov prezident İlham Əliyevə əfv ərizəsi yazıb.

Bu barədə Gununsesi.info-ya sabiq başçının yaxınları deyib.

Onların sözlərinə görə, Məmmədov öz müraciətində dövlət başçısına və dövlətçiliyə sədaqətindən söz salıb.

O, həmçinin 4 ildən artıqdır ki, həbsdə olmasını və səhhətindəki problemləri nəzərə alaraq prezidentdən onu azadlığa buraxmasını xahiş edib.

Qeyd edək ki, Alimpaşa Məmmədov korrupsiya cinayətlərinə görə həbs edilib.




Bölməyə aid digər xəbərlər