Əli Həsənov: “Qarabağ münaqişəsini İlham Əliyev həll edəcək”
Tarix: 06-05-2019 11:26 | Bölmə: Siyasət
Əli Həsənov: “Qarabağ münaqişəsini İlham Əliyev həll edəcək”

Bu gün Azərbaycanda yalnız bir problem qalıb, bu da Dağlıq Qarabağ münaqişəsi, 1 milyon qaçqın və məcburi köçkün problemidir.

Reyting.az-ın xəbərinə görə, bunu mayın 6-da baş nazirin müavini Əli Həsənov bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində bütün problemlər həll olunub: “Dünyada qəbul edilən qərarlar kağız üzərindədir. Dünyada nəinki ikili, çoxtərəfli standartlar mövcuddur. Son 40-50 ildə heç bir münaqişə həll olunmayıb. Qaçqın və məcburi köçkünlərin sayı 70 milyona çatıb. Yəqin ki, Dağlıq Qarabağ münaqişəsini sonda Prezident İlham Əliyev həll edəcək. Xalqımızla, ordumuzla işğal altındakı torpaqlarımızı azad edəcəyik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər