15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Türkiyədə seçki qalmaqalı qızışdı - Xalq təkrar səs verəcək
Tarix: 06-05-2019 22:45 | Bölmə: Siyasət
Türkiyədə seçki qalmaqalı qızışdı - Xalq təkrar səs verəcək

Türkiyə Mərkəzi Seçki Komissiyası (YSK) martın 31-də İstanbul şəhərində keçirilmiş bələdiyyə seçkisinin nəticələrini ləğv edib.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, nəticələrin ləğvi ilə CHP-li Əkrəm İmamoğlunun Böyükşəhər Bələdiyyəsi sədri postundakı legitimliyinə xitam verilib.

Məlumatda bildirilir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək.

Xatırladaq ki, YSK hakim AKP-nin etirazı səbəbindən belə qərar qəbul edib.

Onu da qeyd edək ki, martın 31-də keçirilən seçkidə CHP-li Əkrəm İmamoğlu AKP-li Binəli Yıldırıma 12 min səs fərqi ilə qalib gəlmişdi.

Seçkinin nəticələrinin ləğv edilməsi və iyunun 23-nə təkrar seçki təyin olunmasına Əkrəm İmamoğlu etirazını bildirib.

Ə. İmamoğlu sosial şəbəkədə qərara münasibət bildirməzdən əvvəl xalqı Ramazan ayının başlanması münasibəti ilə təbrik etməyi də unutmayıb:

"Bu Ramazan Türkiyəyə xeyirlər gətirsin. Ölkənin ciddi iqtisadi sıxıntıları var. İşsizlik var. Bunları birlikdə aşacaq, dəf edəcəyik.

İndi hamı mənimlə bağlı qərarla maraqlanır. YSK-nın rəsmi açıqlamasını, onun detallarını gözləyirəm. O zaman düşüncələrimi daha ətraflı bəyan edəcəm".

İmamoğlu bildirib ki, hər şey çox gözəl olacaq: "Ümidinizi heç itirməyin. Biriləri xəta edəcək, pis işlərə qarışacaqlar, ancaq biz ümidi daşıyacağıq".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər