Paşinyana qarşı güclü müxalifət formalaşır
Tarix: 08-05-2019 14:19 | Bölmə: Siyasət
Paşinyana qarşı güclü müxalifət formalaşır

Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Köçəryan “Reuters” agentliyinə müsahibəsində ölkənin yeni rəhbərliyinə meydan oxumağa hazırlaşan güclü müxalifət qüvvələrinin birləşmək mərhələsində olduğunu və özünün də onların arasında olacağına ümid etdiyini söyləyib.

Reyting.az bildirir ki, Köçəryan müsahibəsində ona qarşı ittihamların siyasi olduğunu vurğulayaraq Nikol Paşinyan hökumətinin məqsədinin onu həbsxanada saxlamaq olduğunu deyib.

Köçəryan onu da qeyd edib ki, Ermənistanda yeni siyasi xadimlər və müxalifət partiyaları ortaya çıxacaq.

“Bu proses, şübhəsiz, güclü siyasi qüvvənin yaradılmasına gətirib çıxaracaq və tezliklə meydan oxumaq iqtidarına qadir olacaq”, - Köçəryan “Reuters”in suallarına yazılı cavabında bildirib.

“Müxalifətin formalaşmasında şəxsən özü cəlb olunacaqmı” sualına cavabında Köçəryan bunları qeyd edib: “Bəli, əlbəttə”.

Ancaq iştirakının hansı formatda olacağını açıqlamayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}