Paşinyan: “Sərkisyandan hərbçilərin niyə alt paltarının olmadığını soruşun”
Tarix: 08-05-2019 14:41 | Bölmə: Siyasət
Paşinyan: “Sərkisyandan hərbçilərin niyə alt paltarının olmadığını soruşun”

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də keçirilən böyük mətbuat konfransında jurnalistlər üçüncü prezident Serj Sərkisyanın qayıdışının və cəmiyyətin onun ətrafında toplaşmasının mümkün olub-olmamasını soruşublar.

Reyting.az Ermənistan mətbuatına istinadən bildirir ki, Paşinyan “Mimino” filmindəki məşhur ifadəni xatırladıb: “Elə suallar verirsiniz ki, cavab vermək mümkün deyil... hətta utandırıcıdır”.

O, Serj Sərkisyanın mətbuat konfransı keçirmək istəyini xatırladaraq ona belə bir sual verilməsini istəyib: “Cənab Sərkisyan, necə olub ki, hərbçilərin alt paltarları yoxdur, ancaq sizin ailənizin üzvləri milyonçudurlar? Serj Sərkisyan bu suala cavab verərsə, mən sizin sualınıza cavab verəcəyəm. Serj Sərkisyan hələ ki cox suallara cavab verməlidir”, - Paşinyan əlavə edib.

Onun sözlərinə görə, Sərkisyan bir sıra suallara cavab verə bilməz: “Yeri gəlmişkən, bu suallara yalnız Serj Sərkisyan yox, həm də Robert Köçəryan və digər milyonçu məmurlar cavab verməlidirlər. Onlar cavab verməlidirlər ki, hansı yolla övladları, qardaşları və bacıları Ermənistanın milyonçuları olublar. Əgər kimsə demək istəyirsə ki, mənim oğlum Ermənistanda biznes qurub milyonçu ola bilər, yoxdur beləsi”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}