Amerikalıların yarısı Trampa impiçmenti dəstəkləyir
Tarix: 10-05-2019 12:17 | Bölmə: Siyasət
Amerikalıların yarısı Trampa impiçmenti dəstəkləyir

Prezident Donald Trampa qarşı impiçmenti dəstəkləyən amerikalıların sayı artır.

Reyting.az xarici mediaya istinadən bildirir ki, bunu Reuters/lpsos-un keçirdiyi sosioloji sorğu da göstərir.

Sorğunun nəticəsinə görə aprelin ortalarında Trampa impiçmentin tərəfdarları 40 faizdən 45-ə qədər artıb. Eyni zamanda 42 faiz hesab edir ki, prezidenti vəzifəsindən uzaqlaşdırma olmaz, daha 13 faiz birmənalı cavab verməkdən imtina edib.

Qeyd edək ki, bundan əvvəlki sorğu aprelin 18-19-da keçirilib və respondentlərin 40 faizi impiçmentin lehinə rəy bildirib.

ABŞ Demokratlar partiyasının rəhbərliyi isə Trampın impiçmentinin vacibliyi məsələsində hələ ki yekdil fikrə gələ bilməyib. Onlar Respublikaçılar partiyasının çoxluq təşkil etdiyi Senatda bu ideyaya qarşı müqavimətlə üzləşəcəklərini nəzərə alırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}