15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
BMT Baş katibi: "Hakimiyyətlərə və siyasi strukturlara inam sarsılıb"
Tarix: 11-05-2019 10:59 | Bölmə: Siyasət
BMT Baş katibi: "Hakimiyyətlərə və siyasi strukturlara inam sarsılıb"

"Bu gün ticarət sahəsində ədalətli beynəlxalq əməkdaşlığın canlanmasına nail olmaq, qloballaşmanın mənfi təzahürlərini aradan qaldırmaq və qalibi olmayan ticarət müharibələrinin qarşısını almaq hər zaman olduğundan daha vacibdir".

Reyting.az
xəbər verir ki, bu sözləri Dünya Ticarət Təşkilatının tribunasından BMT-nin baş katibi Antonio Quterreş söyləyib.

A.Quterreş təəssüflənib ki, bütün ölkələr qloballaşma və texnoloji tərəqqidən faydalana bilmir: “Qloballaşma sayəsində bir çox dövlətlərdə qeyri-bərabərliyin səviyyəsi yüksəlir. Hazırda 700 milyondan çox insan, yaxud dünya əhalisinin 10 faizi yoxsulluq həddindən də aşağı vəziyyətdə yaşayır. Məhrumiyyətlərlə üzləşmiş insanlarda hakimiyyətlərə və siyasi strukturlara inam sarsılıb, eyni zamanda, bu prosesdə buraxılan səhvlər beynəlxalq ticarət əməkdaşlığında problemlərə səbəb olub”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər