16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Litvada prezident seçilir
Tarix: 12-05-2019 18:56 | Bölmə: Siyasət
Litvada prezident seçilir

Mayın 12-də Litvada prezident seçkiləri start götürüb.

Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün həm də ikili vətəndaşlığın genişləndirilməsi və Seym deputatlarının sayının azaldılması ilə bağlı iki referendum keçirilir.

Məlumata görə, səhər saat 7-dən vətəndaşlar səs verməyə başlayıblar. Səsvermə axşam saat 8-də başa çatacaq.

2,4 milyondan çox seçici 9 namizəd arasında ali dövlət postunda görmək istədikləri şəxsə səs verəcək.

Prezidentliyə iddialılar arasında sosial-demokrat Vityanis-Povilas Andryukaytis də var. O, Avropa komissarı və kardiologiya cərrahıdır. 1990 –cı ildə Litva dövlətinin bərpası haqda aktı imzalayıb.

Prezidentliyə iddialılar arasında filosof və humanitar elmələr doktoru Arvidas Yuozaytis, Avropa Parlamentinin deputatı Valentinas Mazuronis, bankir və ali məktəb müəllimi Qitanas Nauseda, Litvanın siyasi həyatında tanınan bir sıra digər simalar da var.

Əlavə edək ki, Litvanın baş naziri Saulyus Skvernyalis də namizədliyini irəli sürüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}