15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu aldı
Tarix: 13-05-2019 14:34 | Bölmə: Siyasət
Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu aldı

Azərbaycan Sakit okean Alyansının (Pacific Alliance) Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb.

Bu barədə XİN-dən Reyting.az-a verilən məlumata görə, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq etməkdədir: "Qeyd etmək istərdik ki, Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilmişdir. Ölkəmiz də daxil olmaqla hal-hazırda alyansın 57 müşahidəçi üzvü vardır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər