15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə yeni müqavilə üzrə danışıqlar müsbət ruhda davam edir"
Tarix: 13-05-2019 17:28 | Bölmə: Siyasət
Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə yeni müqavilə üzrə danışıqlar müsbət ruhda davam edir"

"Biz Avropa İttifaqı ilə yeni ikitərəfli müqavilə ilə bağlı keyfiyyətə yönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Mən davam edən danışıqların müsbət ruhunu yüksək qiymətləndirirəm. Biz bir-birimizdən və bir-birimiz haqda çox şey öyrənirik".

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" Xarici İşlər nazirlərinin mayın 13-də Brüsseldə keçirilən görüşündə deyib.

O vurğulayıb ki, bu, özlüyündə çox məhsuldar işdir: "Bir neçə ilə sektoral əməkdaşlığımızın əsası kimi çıxış edəcək Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması ilə yanaşı, biz keçən il Aİ ilə bir sıra məsələləri müzakirə etdiyimiz iki yeni sektoral format – təhlükəsizlik və nəqliyyat dialoqlarına başlamışıq və bu bizə bir-birimizi daha yaxşı anlamağa kömək edir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər