16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Oqtay Gülalıyev Baş Prokurorluğa çağırılıb - Xəbərdarlıq
Tarix: 13-05-2019 21:10 | Bölmə: Siyasət
Oqtay Gülalıyev Baş Prokurorluğa çağırılıb

Baş Prokurorluq hüquq müdafiəçisi Oqtay Gülalıyeva xəbərdarlıq edib.

Baş Prokurorluqdan Reyting.az-a verilən məlumatda deyilir:

"Aparılmış araşdırmalarla özünü "hüquq müdafiəçisi” adlandıran Oqtay Gülalıyevin "facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi müəyyən olunub.

Qeyd edilənlərlə əlaqədar O.Gülalıyev Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}