15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
“Şərq Tərəfdaşlığı” Proqramı məqsədlərinə tam çatmayıb”
Tarix: 14-05-2019 12:08 | Bölmə: Siyasət
 “Şərq Tərəfdaşlığı” Proqramı məqsədlərinə tam çatmayıb”

“Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı öz limitinə çatmayıb”.

Bunu İsveçin Gürcüstandakı səfiri Ulrik Tideström Tbilisidə keçirilən VI Cənubi Qafqaz Təhlükəsizlik Forumunda “Şərq Tərəfdaşlığı” Proqramının gələcəyi mövzusunda keçirilən sessiyada bildirib.

Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” Proqramı daha da inkişaf etdirilə bilər: “Bu proqram Avropa İttifaqının uğuru olub və bölgədə 10 il bundan qabaq mövcud olmayan dəyişikliklərə dəstək verib. Bununla yanaşı, proqram real transformasiya gücü olub və tərəfdaş ölkələrdəki insanlar üçün konkret nəticələrə gətirib çıxarıb”.

Diplomat qeyd edib ki, “Şərq Tərəfdaşlığı”na üzv ölkələr islahatları davam etdirdikcə Aİ ölkələri tərəfdaş ölkələri dəstəkləməli və daha geniş əməkdaşlıq təklif etməlidirlər: “İslahatların mərkəzində insanlar dayanmalı və əsas məqsədi insanların həyatına müsbət dəyişikliklər gətirmək olmalıdır”.

U.Tideström deyib ki, proqramın növbəti 10 ili üçün Aİ və tərəfdaş ölkələr öhdəliklərini gücləndirməlidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər