15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Mamuka Baxtadze: "Bu, bizə torpaqlarımızın işğalı bahasına başa gəlib"
Tarix: 14-05-2019 16:11 | Bölmə: Siyasət
Mamuka Baxtadze: "Bu, bizə torpaqlarımızın işğalı bahasına başa gəlib"

"Gürcüstan Avropa İttifaqının nə qədər transformasiya gücünə malik olduğuna əyani misaldır".

Bu barədə Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunan yüksək səviyyəli konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığının 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə nitq söyləyən Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

“Bu yol bizim milli seçimimizdir. Bu yol bizə çox baha başa gəlib, torpaqlarımızın 20 faizi işğal olunub. Keçmişimiz Avropaya bağlı olub, gələcəyimizi də məhz o cür görürük. Ötən 10 il ölkəmiz üçün ağlasığmaz keçib. Məncə, imkanlarımız daha böyükdür”, - deyən hökumət başçısı sahələrarası inteqrasiyada maraqlı olduqlarını da diqqətə çatdırıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər