15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Rok qrupunun lideri yeni partiya yaratdı - Ukraynada
Tarix: 16-05-2019 14:31 | Bölmə: Siyasət
Rok qrupunun lideri yeni partiya yaratdı

Musiqiçi, Ukraynanın "Okean Elzı" rok qrupunun lideri Svyatoslav Vakarçuk siyasi karyeraya başladığını və partiya yaratdığını elan edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

V.Vakarçukun sözlərinə görə, məhz Ali Radada ölkədəki əsas dəyişikliklər baş verir. Yeni partiyaya "Səs" adlanacaq, müğənni bu partiya ilə qarşıdakı parlament seçkilərində iştirak edəcək.

Qeyd edək ki, daha əvvəl sosioloji sorğularda V.Vakarçuk bu il martın 31-də keçirilmiş prezident seçkilərində potensial namizəd kimi göstəriblər. Müğənni uzun müddət siyasi fəaliyyəti ilə bağlı planlarını açıqlamasa da, yanvarın sonlarında rəsmi olaraq prezident vəzifəsinə iddia etməyəcəyini bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər