15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Tramp büronun agentlərini dövlətə xəyanətdə ittiham edib
Tarix: 17-05-2019 18:25 | Bölmə: Siyasət
Tramp büronun agentlərini dövlətə xəyanətdə ittiham edib

ABŞ prezidenti Donald Trampın fikrincə, Federal Araşdırma Bürosu agentlərinin 2016-cı ildə onun seçkiqabağı qərargahının əməkdaşlarını izləməsi dövlətə xəyanətdir.

“Mənim prezident kampaniyam izlənilib. Amerika siyasətində buna bənzəri heç vaxt baş verməyib”, - Reyting.az xarici mediaya istinadən bildirir ki, Tramp qeyd edib.

Onun fikrincə, dövlətə xəyanətə görə, uzunmüddətli həbs cəzası nəzərdə tutulur və bu dövlətə xəyanətdir.

“New York Times” qəzetinin bundan əvvəl çap etdiyi məqalədə iddia edilirdi ki, Federal Araşdırma Bürosu 2016-cı ildə Londona Trampın seçki qərargahının keçmiş müşaviri Corc Papadopulosla görüşmək üçün gizli agent göndərib. Məqsəd onun Trampın Rusiya ilə ehtimal olunan əlaqələrini öyrənmək olub.

Söhbət özünü elmi əməkdaş və Azra Turk kimi təqdim edən qadından gedir.

Popadopulos sonradan məqalədə yazılanları həqiqət adlandırıb, ancaq əminliklə deyib ki, qadın Federal Araşdırma Bürosunun yox, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olub və Türkiyə kəşfiyyatı ilə də əməkdaşlıq edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər