Qarabağ separatçıları arasında qarşıdurma yaranıb - Foto
Tarix: 17-05-2019 21:12 | Bölmə: Siyasət
Qarabağ separatçıları arasında qarşıdurma yaranıb

Dağlıq Qarabağdakı separatçı rejimin "Təhlükəsizlik Şurası”nın rəhbəri Vitali Balasanyan Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayanı məğlubiyyət əhval-ruhiyyəsi yaymaqda ittiham edir.

Balasanyan deyib ki, Babayan Qarabağın kəndlərini gəzir və beş rayonun Azərbaycana qaytarılması və Qarabağın Rusiyanın mandatı altına verilməsi planı haqqında danışır.

Ermənistan KİV-lərinin məlumatına görə, Babayan Kəlbəcər və Laçından başqa digər rayonları təhvil vermək lazım gələcəyini iddia edir.

Qarabağ separatçıları arasında qarşıdurma yaranıb

Balasanyanın sözlərinə görə, Samvel Babayanın əməlləri insanlarda qorxu və öz qüvvələrinə inamsızlıq yaradır.

Reyting.az Turan-a istinadla xəbər verir ki, Balasanyan Babayanı erməniləri Azərbaycan ordusunun gücünə və Ermənistan tərəfin zəifliyinə inandırmağa çalışır.

"Qarabağ qəhrəmanı adını daşıyan bir insana belə məğlub davranış, o cümlədən Qarabağ hakimiyyətinin danışıqlar zamanı ərazi güzəştlərindən danışdığı haqqında yalan məlumatlar yaymaq yaraşmır", - deyə Ermənistan KİV-ləri Balasanyandan sitat gətirir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}