Oqtay Əsədov Ukraynanın yeni prezidentinin inauqurasiyasına gedəcək
Tarix: 18-05-2019 17:12 | Bölmə: Siyasət
Oqtay Əsədov Ukraynanın yeni prezidentinin inauqurasiyasına gedəcək

Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi mayın 20-də keçiriləcək.

Reyting.az bildirir ki, Ukrayna mediasında inauqurasiyada iştirak etməsi nəzərdə tutulan xarici dövlət təmsilçilərinin təsdiqlənən və ehtimal olunan adları açıqlanıb.

Həmin açıqlamaya görə, Azərbaycandan unauqurasiysa mərasiminə Milli Məclisin sədri Oqtay Əsədov gedəcək.

Üç Baltikyanı dövlətlər mərasimdə prezidentlər səviyyəsində təmsil olunancaq. Gürcüstanın dövlət başçısının da inauqurasiyaya gedəcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putin mərasimə dəvət almayıb.

ABŞ-dan inauqurasiyaya Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Vokerin, eləcə də bu ölkənin Almaniyadakın səfiri Riçard Qrenellin gələcəyi gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}