Marneulidə icra başçısı seçilir – Azərbaycanlı namizəddən etiraz
Tarix: 19-05-2019 13:08 | Bölmə: Siyasət
Marneulidə icra başçısı seçilir – Azərbaycanlı namizəddən etiraz

Gürcüstanın Marneuli rayonunda icra başçısı vəzifəsinə keçirilən seçkilərdə azərbaycanlı namizədlərin ikisi səs verib.

Reyting.az
“Report”a istinadən xəbər verir ki, müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev və hakim “Gürcü Arzusu” Partiyasının namizədi Zaur Darğallı səsvermə prosesində iştirak edib.

Ə.İmamquliyev jurnalistlərə Marneulinin gələcəyinə səs verdiyini bildirib:

“Biz Gürcüstanda demokratiyanı Marneulidən qurmağa başlayacağıq”.

O, hakim partiyanı seçicilərə təzyiq göstərməkdə ittiham edib. Namizəd Sadaxlı kəndindəki seçki məntəqələrindən birində hakim partiya üzvünün “Avropalı Gürcüstan” partiyasının tərəfdarına fiziki təzyiq göstərdiyini bildirib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}