23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Saakaşvilinin həyat yoldaşı icra başçısı seçilmədi – Sandra Rulofsdan saxtakarlığa etiraz
Tarix: 20-05-2019 10:37 | Bölmə: Siyasət
Saakaşvilinin həyat yoldaşı icra başçısı seçilmədi – Sandra Rulofsdan saxtakarlığa etiraz

Gürcüstanın Zuqdidi rayonunda icra başçısı vəzifəsinə ötən gün keçirilmiş seçkilərdə hakim “Gürcü Arzusu” partiyasının namizədi Giorgi Şengelia səslərin 54,18%-ni əldə edərək qalib gəlib.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Müxalif Vahid Milli Hərəkat partiyasının namizədi, sabiq prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs isə 42,84% səs əldə edib.

Qeyd edək ki, Zuqdididə seçici fəallığı 46,88% təşkil edib. Dairə seçki komissiyalarına səsvermə prosesində qanun pozuntuları ilə bağlı ən çox şikayət məhz bu rayondan daxil olub.

S.Rulofs öz növbəsində seçkilərin nəticələrini tanımadığını qeyd edərək qələbə qazandığını bildirib/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}