23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Elmar Məmmədyarov yeni səfirlə görüşdü
Tarix: 21-05-2019 19:01 | Bölmə: Siyasət
Elmar Məmmədyarov yeni səfirlə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiyanın Azərbaycana yeni təyin olunan səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.

XİN-dən Reyting.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və insanlararası təmasların artırılması məqsədilə tələbə-müəllim mübadiləsinin vacibliyi vurğulanıb.

Səfir ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Luis Antonio Dimate Kardenas etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}