15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
İlqar Məmmədov polisə çağırıldı: "Dedilər ki, rəhbərlik söhbət etmək istəyir"
Tarix: 22-05-2019 13:15 | Bölmə: Siyasət
İlqar Məmmədov polisə çağırıldı: "Dedilər ki, rəhbərlik söhbət etmək istəyir"

REAL partiyasının sədri İlqar Məmmədov bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Bildirib ki, dəqiqələr əvvəl Bakı Baş Polis İdarəsindən ona zəng edib, saat 14.00-da idarədə olmağı istəyiblər:

"Dedilər ki, burda olun, rəhbərlik söhbət eləmək istəyir".

İlqar Məmmədov bildirib ki, hakimiyyət yenə onunla paqonlu şəxslər vasitəsilə danışmaq istəyirsə, bu, uyğun dialoq deyil: " Mən cinayətkar olmadığımı və siyasi səbəbə həbs edildiyimi Avropa Məhkəməsində sübut etmişəm".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər