16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Saakaşvili Ukraynaya qayıtmağa hazırlaşır
Tarix: 22-05-2019 13:57 | Bölmə: Siyasət
Saakaşvili Ukraynaya qayıtmağa hazırlaşır

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdışının anonsunu verib.

Reyting.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, siyasətçi Facebookdakı video müraciətində yeni dövlət başçısı Vladimir Zelenskinin “yeni,güclü və uğurlu Ukrayna” qurmağa hazır olanların hamısına vətəndaşlıq verməklə bağlı vədini xatırladıb.

Saakaşvili söyləyib ki, Ukrayna vətəndaşlığından “süni” məhrum olunub və indi onu bərpa etmək lazımdır.

Keçmiş prezident əlavə edib ki, Poroşenko sərhəd qoşunlarına onun Ukrayna ərazisinə buraxılmasını qadağan edib və bu qadağanın tezliklə ləğv ediləcəyinə inanır.

“Mən Ukraynaya uçmağa hazırlaşıram”, - Saakaşvili vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}