15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Ayətullah Xamnəi: “Gələcək prezident gənc və “Hizbullah”çı olmalıdır”
Tarix: 23-05-2019 13:25 | Bölmə: Siyasət
Ayətullah Xamnəi: “Gələcək prezident gənc və “Hizbullah”çı olmalıdır”

“Gənclərin və “Hizbullah”çı hökumətin iqtidara gəlməsini təmin edin”.

Reyting.az
İran Ali liderinin rəsmi saytına istinadla xəbər verir ki, bunu Ayətullah Xamnəi bildirib.

Tələbələr və gənclər təşkilatları təmsilçiləri ilə görüşdə çıxış edən Ali lider deyib ki, parlamentar sistem prezident üsul-idarəsi ilə müqayisədə, daha çox qüsurludur.

Qeyd edək ki, İranda xeyli müddətdir prezident vəzifəsinin ləğvi və parlamentar sistemə keçid müzakirələri gedir.

Bundan başqa, prezident Həsən Ruhani hazırkı vəziyyətin xüsusiliyini nəzərə alaraq, ona əlavə müstəsna səlahiyyətlərin verilməsini istəyib, lakin Xamnəidən rədd cavabı alıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər