23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Keçmiş səfir AND Hərəkatından istefa verdi
Tarix: 23-05-2019 14:07 | Bölmə: Siyasət
Keçmiş səfir AND Hərəkatından istefa verdi

Keçmiş səfir, hazırda Avropada yaşayan Arif Məmmədov AND Hərəkatının həmsədri vəzifəsindən və ümumiyyətlə, AND Hərəkatından istefa verib.

Reyting.az
xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.

Sabiq səfir yazıb ki, son iki ildə AND hərəkatı Avropada çox güclü və effektiv siyasi qüvvəyə çevrilib: "Beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratdıq. Avropa Şurasında, Avropa Birliyində korrupsiya şəbəkəsinin ifşa olunmasında AND hərəkatının xidmətləri göz qabağındadır.

Son bir ildə AND hərəkatı onlarla siyasi məhbus ailələrinə maddi və mənəvi dəstək göstərmişdir.

Bütün dostların olduğu kimi ANDın İdarə Heyyətinin üzvləri və diqər ANDçılar bu xəbəri ilk dəfə öyrənəcəklər. Düşündüm ki, öncədən desəm, dostlar fikrimi dəyişdirməyə çalışacaqlar.

AND-ın daha böyük uğurlarına inanıram və səmimi olaraq bunu arzulayıram və hər zaman AND-a dəstək verməyə hazıram.

Xüsusilə vurğulamaq istərdim ki nə mənim siyasi baxışlarımda, nədəki mövqeyimdə heç bir dəyişiklik yoxdur və ən böyük arzum Azərbaycanın demokratik qüdrətli dövlət olmağına nail olmaqdır.

Bu gündən etibarən fəaliyyətimi müstəqil siyasətçi kimi davam edəcəyəm".




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}