15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
İran prezidenti: Bombalasalar da təslim olmayacağıq
Tarix: 24-05-2019 02:07 | Bölmə: Siyasət
İran prezidenti: Bombalasalar da təslim olmayacağıq

İran prezidenti Həsən Ruhani müharibə veteranları ilə görüşdəki çıxışında deyib ki, ölkə və xalq bombalasalar belə düşmənə təslim olmayacaq.

- Biz müqavimət göstərməli və mətin olmalıyıq ki, ürəyimizdə ümidsizliyə yer olmadığını düşmənlərimiz başa düşsünlər, - Reyting.az xarici mediaya istinadən bildirir ki, prezident vurğulayıb.

O, həmçinin əlavə edib ki, əgər hətta düşmənlər ölkəni bombalamağa başlasa da, onun xalqı öz məqsədindən – müstəqillikdən və İranın böyüklüyündən imtina etməyəcək.

Prezidentin sözlərinə görə, dövlət iqtisadi müharibə dövrünü keçirir ki, bundan insanlar əziyyət çəkir.

- Biz Birləşmiş Ştatlara, sionist rejimə və regional reaksiyaçılara birlik, müqavimət və mətinlik yolu ilə qalib gələ bilərik, - Ruhani bəyan edib.

İran ətrafındakı vəziyyət ABŞ Fars körfəzi rayonuna ordu göndərib və bunu “İran üçün bir mesaj” adlandırandan sonra gərginləşib. Bu İran hakimiyətinin ciddi reaksiyasına səbəb olub.

Hazırda müharibədən söhbət getmir, lakin İranın rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, ölkəyə iqtisadi təzyiq göstərilir və bunu “müharibə” adlandırıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər