16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
Vitse-spiker: "Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil"
Tarix: 24-05-2019 15:28 | Bölmə: Siyasət
Vitse-spiker: "Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil"

Dağlq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil. Ermənilərin 200 il ərzində Azərbaycan ərazilərinə iddiası olub.

Bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşdə deyib.

Z.Əsgərov bildirib ki, ermənilər Qafazın aborigen xalqı deyil, sonradan bu ərazilərə gəlmədirlər.

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə Fransada Millətlər Liqasına müraciət etdi və Azərbaycanı həmin liqada tanıdılar: "Həmin dövrdə ermənilər də liqaya müraciət etdilər, ancaq onları qəbul etmədilər, dedilər ki, sizin əraziniz yox, dövlətiniz yox, sərhədiniz yox, sizi nə adla qəbul edək?”.

Trend




Bölməyə aid digər xəbərlər