15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Saakaşvili ayın 29-da Ukraynaya qayıda bilər
Tarix: 25-05-2019 01:55 | Bölmə: Siyasət
Saakaşvili ayın 29-da Ukraynaya qayıda bilər

Bir həftə keçməz Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili, nəhayət Ukrayna sərhədini keçər.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Saakaşvili artıq mayın 29-da Ukraynaya uçacaq.

Xatırladaq ki, o, bir neçə gün əvvəl Ukraynanın yeni prezidenti Vladimir Zelenskidən ona ölkə vətəndaşlığını qaytarmasını xahiş edib. Saakaşvilinin vəkili müraciəti Prezident Administrasiyasına çatdırıb.

Gürcüstanın keçmiş prezidenti öz həyatını uğurlu və güclü Ukrayna qurulması üçün həsr etməyə hazırdır.

Qeyd edək ki, Ukrayna Dövlət sərhəd xidmətinin qərarı ilə Saakaşvilinin Ukraynaya gəlişi 2021-ci ilədək qadağan edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər